60 yaşlı qadın “07”nin qurbanı oldu

60 yaşlı qadın “07”nin qurbanı oldu

Bərdə rayonunun Qazqurdalı kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Сars-az report-a istinadən xəbər verir ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən qadını vurub. Qəza nəticəsində 60 yaşlı rayon sakini Hüseynova Sona Əli qızı hadisə yerində ölüb. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Dostlarınla paylaş


Şərhlər


Top