16.03.2016
Qəzalar
“Ford” 75 yaşlı piyadanı vurub öldürdü
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb. APA-nın məlumatına görə, Sabirabad rayonunun Nərimankənd kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Ford” markalı yük maşını həmin kəndin sakini 1941-ci il təvəllüdlü Səmədov Kamran Ağacan oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.