FHN-dən 4 nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat

FHN-dən 4 nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat

FHN-dən 4 nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Cars-az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Veyisli kəndində (rayon mərkəzindən 10 km aralı) iki “VAZ” markalı minik avtomobilinin toqquşub.

Hadisə yerinə cəlb olunan yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobillərdən 1962-ci il təvəllüdlü Ələsgərov Ələsgər Qurban oğlu, 1991-ci il təvəllüdlü İsmayılov Saday Bəxtiyar oğlu, 1976-cı il təvəllüdlü Rzayev Yaşar Əmiraslan oğlu və İsmayılov Nofəl Kərim oğlunun cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Dostlarınla paylaş


Şərhlər


Top