27.11.2015
Qəzalar
Gədəbəydə avtoqəza: 1 ölü
Cars-az kəpəztv-yə istinadən xəbər verir ki, Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında Gədəbəy rayonunun Qaramurad kəndində baş berib. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, yol qəzasında xəsarət alan Qaramurad kənd sakini, 41 yaşlı Əlövsət Abdullayev travmatologiya şöbəsinə gətirilib. Xəstəyə döş qəfəsinin küt və qapalı beyin travması diaqnozu qoyulub. Həkimlər Əlövsət Abdullayevə yardım etsələr də, həyatını xilas etmək mümkün olmayıb. O, bir neçə saatdan sonra dünyasının dəyişib. Faktla bağlı araşdırma aparılır.