27.11.2015
Qəzalar
Qadın sürücü Bakı-Quba yolunda maşını aşırtdı: Ölən var
Bakı-Quba yolunda ağır yol qəzası baş verib. Cars-az lent.az-a istinadən xəbər verir ki, magistralın 53-cü kilometrliyində, Xızı rayonu ərazisində 1979-cu il təvəllüdlü Həsənova Lalə Həsən qızının sürdüyü "Chevrolet-Aveo" aşıb. Nəticədə sürücü xəsarət alıb, avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Abdullayeva Nazlı Vəli qızı isə aldığı xəsarətlərdən keçinib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb. Qəzaya səbəb kimi, sürücünün idarəetməni itirməsi göstərilir.