27.11.2015
Qəzalar
Polis maşını aşdı: 3 polis yaralandı
Cars-az xəbər verir ki, Türkiyənin Diyarbəkir şəhərində zirehli polis maşını ilə bələdiyyəyə aid iş maşını toqquşub. Verilən məlumata görə, nəticədə 3 polis yaralanıb. Yaralıları Dəclə Universiteti Tibb Fakültəsinə aparılıblar. Polislərdən ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Qəza ilə bağlı istintaq başlayıb. Araşdırma aparılır.
N.M.