27.11.2015
Qəzalar
Azərbaycanda yol qəzası dörd can aldı - YENİLƏNİB
13:28
Cars-az kəpəztv-yə istinadən xəbər verir ki, bu gün Goranboyun Veyisli kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində, ilkin məlumata görə, 4 nəfər dünyasını dəyişib. Ölənlərdən biri məktəb direktorudur.
Faktla bağlı araşdırma aparılır.
--------
13:12
Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə rayonun Borsunlu kəndi ilə Goranboy şəhərini birləşdirən yolda qeydə alınıb. İki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində dörd nəfərin öldüyü bildirilir. Faktla bağlı Goranboy Rayon Polis İdarəsində araşdırma aparılır.