27.11.2015
Qəzalar
Avtomobil 81 yaşlı kişini vurub öldürdü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az apa-ya istinadən xəbər verir ki, Nərimanov rayonu, Heydər Əliyev prospekti 81 ünvanında “Hyundai” markalı, 90 XT 346 dövlət nömrə nişanlı avtomobil yolu keçən 1934-cü il təvəllüdlü Əlişan Əbiyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.