Məqalələr

  • Tıxaca görə bu məktəblərdə dərs saatı dəyişdirildi

    Bakıda bəzi ali və orta məktəblərdə dərslərin vaxtına dəyişiklik edilib Ardını oxu

  • AZAL-da güzəştli uçuş qalmaqalı

    Azərbaycanlı tələbələr İstanbul hava limanında həyəcanlı dəqiqələr yaşayıb Bu gün İstanbulun Sabiha Gökçən hava limanında AZAL-ın lou-kost reysi ilə Bakıya uçanlar böyük həyəcan yaşayıblar.  Anspress-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə qiyməti 145-190 dollar arasında dəyişən ucuz qiymətli reysdə baş verib. Əl baqajının yuxarı limiti 5 kiloqram olan reysdə paltarlar və kiçik əl çantaları çəkiyə daxil edilib. Nəticədə, hər kəsin baqajının toplam çəkisi beş kiloqramı keçib. Buna görə şirkət sərnişinlərdən əlavə olaraq 25-50 avro pul alıb.  Ardını oxu

  • Bakı-Sumqayıt qatarında gediş haqqı bəlli oldu - CƏDVƏL

    Təsdiq edilmiş tariflər əks istiqamətlər üzrə də eynilik təşkil edir Ardını oxu

  • DYP-nin saxladığı "Maserati" - TT 200 nazirin qardaşı oğlunun imiş - FOTO

    Aynar Məmmədov Milli Məclisin Beynəlxalq Əlaqələr Şöbəsində məsləhətçi vəzifəsində çalışır Bir neçə gündür ki, Bakıda bahalı maşınlara qarşı ciddi reydlər başlayıb. Lüks avtomobillər Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən saxlanılır. Qayda pozuntularının qeydə alındığı avtomobillər cərimə meydançalarına aparılır. Sentyabrın 13-də paytaxt Bakıda keçirilən reydlər zamanı xeyli sayda bahalı maşın saxlanılıb və cərimə meydançasına aparılıb. Reyd zamanı hadisə yerində olan avtosfer.az saytının əməkdaşının qeydlərinə görə, avtomobilin səsgücləndirici qurğusuna müdaxilə edən, ödənilməmiş cəriməsi olan, plyonkadan istifadə edən sürücülər saxlanılaraq məsuliyyətə cəlb olunub. Saxlanılan maşınlar arasında 10 TT 200 dövlət nömrə nişanlı “Maserati” avtomobili də olub. Ardını oxu

Azərbaycanda polis zabiti qəzada öldü

Azərbaycanda polis zabiti qəzada öldü

Əlibaxış Məmiyevin avtomobilin aşması nəticəsində hadisə yerində öldüyü bildirilir Sabirabadda polis mayoru avtomobil qəzasında ölüb. Cars-az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində baş verib. Siyəzən rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi, 1961-ci il təvəllüdlü Məmiyev Əlibaxış Məhəmməd oğlu özünə məxsus avtomobillə qəzaya düşüb. Ə.Məmiyevin avtomobilin aşması nəticəsində hadisə yerində öldüyü bildirilir. Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır. Ardını oxu

DYP-dən icra başçısının maşını ilə bağlı açıqlama

DYP-dən icra başçısının maşını ilə bağlı açıqlama

"İcra başçısının maşını yol polisi tərəfindən saxlanılmayıb" Ardını oxu

Top