04.11.2015
Avtodünya
Bərdədə zəncirvari qəza; maşınlar belə «qucaqlaşdı»
Bərdədə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın "report"a istinadən məlumatına görə, hadisə Yevlax-Ağdam avtomobil yolunun üzərində yerləşən Bərdənin Əliyanlı kəndi ərazisində qeydə alınıb. Qəza zamanı Traktorla "Mercedes" markalı yük maşınları, o cümlədən, "Ford" markalı minik avtomobili toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, qəzada "Mercedes" markalı yük avtomobili Traktorun qoşqusundakı ot bağlayan mexanizmə, "Ford" markalı minik maşını isə yük avtomobilinə dəyib. Qəzada minik avtomobilinin sürücüsü Fərhad Məmmədov müxtəlif dərəcəli bədən xəsarətlərilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.