AZAL-da güzəştli uçuş qalmaqalı

AZAL-da güzəştli uçuş qalmaqalı

Bu gün İstanbulun Sabiha Gökçən hava limanında AZAL-ın lou-kost reysi ilə Bakıya uçanlar böyük həyəcan yaşayıblar. Anspress-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə qiyməti 145-190 dollar arasında dəyişən ucuz qiymətli reysdə baş verib. Əl baqajının yuxarı limiti 5 kiloqram olan reysdə paltarlar və kiçik əl çantaları çəkiyə daxil edilib. Nəticədə, hər kəsin baqajının toplam çəkisi beş kiloqramı keçib. Buna görə şirkət sərnişinlərdən əlavə olaraq 25-50 avro pul alıb.

Dostlarınla paylaş


Şərhlər


Top