Efirdə yenə nəqliyyat qoçusudur -  «Ə, bozarma…»

Efirdə yenə nəqliyyat qoçusudur -  «Ə, bozarma…»

Sosial şəbəkələrdə nəqliyyat müfəttişi ilə sürücü arasında yaranmış mübahisəni əks etdirən video yayılıb. Cars-az-ın məlumatına görə, «Opel» markalı, 99 CP 506 dövlət nömrə nişanlı avtomobilin sürücüsünü maşından düşürüb üstünə hücum edən nəqliyyat müfəttişi özünü əsl qoçu kimi aparıb. Müfəttiş ona etiraz edən sürücüyə «ə, bozarma» deyərək əli ilə vurub maşından uzaqlaşdırıb.

Ətrafdakılar bu mənzərəni sadəcə seyr ediblər. Bir nəfər isə baş verənləri telefonla çəkib. Həmin şəxs sonda naməlum şəxsin hücumuna məruz qalıb və çəkilişi davam etdirə bilməyib.

Cars-az həmin görüntüləri təqdim edir:

Emin

Dostlarınla paylaş


Şərhlər


Top