-
Bakıda avtobuslarda cibgirlik edən kişi saxlanıldı – FOTO
DİN məlumat yaydı Ardını oxu
-
Bu gün paytaxtda tıxac olmadı - ƏSL ŞOK
Kamran Əliyev: «İlk dəfədir ki, Bakıda yeni dərs ilində tıxac problemi yaşanmır» Bakı qeydiyyatında olmayan avtomobillərin paytaxta buraxılmaması şəhərə girişlərdə hər hansı tıxac yaratmayıb. Cars-az xəbər verir ki, bu sözləri trend-ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyib. O bildirib ki, sentyabrın 15-i - "Bilik günü" olmasına baxmayaraq Bakı yollarında tıxac problemi yaşanmayıb: "İctimaiyyətə müraciətlərimiz bəhrəsini verdi. İlk dəfədir ki, Bakıda yeni dərs ilində tıxac problemi yaşanmır. Əməkdaşlarımız bütün yollarda hərəkəti tənzimləyir ki, hər hansı problem yaşanmasın”. Onun sözlərinə görə, Sumqayıt şəhərinin qeydiyyatınada olan avtomobillərdə paytaxta buraxılmır. K.Əliyev qeyd etdi ki, Sumqayıtdan Bakıya gələn avtomobillər ekoloji postda yoxlanıldıqdan sonra şəhərə buraxılır. Xatırladaq ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan avtomobillər səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaqlar. Onlar yalnız gecə saat 24:00-dan səhər saat 07:00-a qədər Bakıya daxil ola bilərlər. Bakıya fərdi avtomobili ilə gələnlər nəqliyyat vasitəsini şəhərin cənub və şimal girişlərində yaradılan dayanacaqlarda saxlamalı olacaqlar. Bununla əlaqədar paytaxta şimal və cənub istiqamətlərindən gələn avtonəqliyyat vasitələri üçün Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və “VAZ yol qovşağı” adlanan sahədə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində, Lökbatan qəsəbəsi yaxınlığındakı duracaqlar yaradılıb. Hələlik 2 duracaq istifadəyə verilib. Yaxın gələcəkdə onların sayı 3-ə çatdırılacaq. Belə ki, daha bir analoji duracaq Müşfiqabad qəsəbəsi yaxınlığında inşa edilir. Duracaqlardan istifadə ödənişsiz olacaq. Buradakı kondisioner və kombi sistemi ilə təchiz edilmiş ictimai iaşə binasında sürücü və sərnişinlər üçün gözləmə zalı, kafe, ana-uşaq otağı, tibb otağı, kişi və qadınlar üçün sanitar qovşaqları, bundan başqa, yol polisi əməkdaşları üçün xidməti otaqlar var. Ardını oxu
-
Sumqayıtdan gələn maşınlar Bakıya buraxıldı -Tıxacsız şəhər
Bakının şimal və cənub girişlərində DYP ilə yanaşı FHN, ÇPA, PPXi və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları da xidmət göstərir Ardını oxu
-
Avtobus sürücülərinin bu hərəkətinə son qoyulur
Sürücülərə xəbərdarlıq edilib Ardını oxu
Polisə rüşvət təklif edən sərxoş azərbaycanlı piyada həbs edildi
O 5 ilədək müddətə azadlıqdan məhrum edilə bilər Belarusun paytaxtı Minsk şəhərində polisə rüşvət təklif edən Azərbaycan vətəndaşı saxlanılıb. Cars-az "Report"a istinadən xəbər verir ki, bu barədə Minsk Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər Baş İdarəsinin məlumatında bildirilir. Məlumata görə, sərxoş azərbaycanlı avtomobil yolunu piyadalar üçün müəyyən olunmamış yerdən keçib. Bu fakt Yol Patrul Xidməti əməkdaşlarının diqqətini cəlb edib. Qanun pozucusu barəsində inzibati protokol tərtib olunub. Lakin o, hakimiyyət nümayəndəsinə 400 min Belarus rublu təklif edib və bu səbəbdən saxlanılıb. Rüşvət vermək faktı üzrə cinayət işi qaldırılıb. Azərbaycan vətəndaşı 5 il müddətinədək azadlıqdan məhrum edilə bilər. Ardını oxu
«Maserati» və «Galendewagen»i cərimə meydançasına belə apardılar
Saxlanılanlardan biri «Emiland»ın müdirinin oğlu olduğunu desə də, məsuliyyətdən yayına bilməyib Ardını oxu
210 minlik «Mercedes-AMG» zay çıxdı, əzib yola atdı
Bu şəxs avtomaşını yeni alıb, üç dəfə problemi çıxıb, amma servisdə onu əvəzləməyiblər Ardını oxu
Qərar qüvvəyə mindi – Rayon maşınları Bakıya buraxılmayacaq
Bakı qeydiyyatında olmayan avtomobillər səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta girə bilməz Ardını oxu