04.11.2015
Yeniliklər
Avtobus sürücülərinin bu hərəkətinə son qoyulur
Sərnişinlərin ən çox gileyləndikləndikləri məsələlərdən biri avtobusların metrostansiyalar yaxınlığında qrafikdən artıq və harda gəldi saxlamalarıdır. Bu isə həmin ərazilərdə sıxlığın yaranmasına gətirib çıxarırdı. Buna son qoymaq üçün Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasında geniş iclas keçirilib. Bugündən etibarən isə Nəqliyyat nazirliyi və müxtəlif sərnişindaşıma şirkətlərinin əməkdaşları prosesə nəzarət etmək üçün səfərbər edilib.
Avtobusun dayanacaqda nəzərdə tutlan vaxtdan çox dayanması digər avtobusların da dayanacaqdan kənarda xaotik şəkildə dayanıb sərnişin yığmasına gətirib çıxarırdı.
Avtobusların nizamlı şəkildə düzülməsi həm sürücülər , həm də sərnişinlər tərəfindən müsbət qarşılanıb.