04.11.2015
Gündəm
Bakıda avtobuslarda cibgirlik edən kişi saxlanıldı – FOTO
Bakıda ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Cars-az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1958-ci il təvəllüdlü Abbasağa Əbülfəz oğlu İzətullayev müəyyən olunaraq tutulub. Şübhəli şəxsin üzərindən 0,744 qram tiryək aşkar olunaraq götürülüb.