DYP-dən icra başçısının maşını ilə bağlı açıqlama

DYP-dən icra başçısının maşını ilə bağlı açıqlama

DYP-dən icra başçısının maşını ilə bağlı açıqlama

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Binəqədı rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun 10 AA 812 dövlət nömrə nişanlı xidməti avtomobilinin yol polisi tərəfindən saxlanılması barədə xəbərə münasibət bildirib. İdarənin bölmə rəisi Vaqif Əsədov Cars-az-a bildirib ki, icra başçısının avtomobili saxlanılmayıb və cərimə meydançasına aparılmayıb: "Bu məlumatlar sensasiya xatirinə yayılır. Mənə zəng edib bu barədə sual verirlər, mən də cavab verdim ki, sabah dərs ili başlayır, yollarda tədbirlır görürük. Niyə onu soruşmursuz, icra başçısının, tanınmış şəxsin maşınını soruşub sensassiya yaradırsız? Bu məlumat yalandır və sensassiya xatirinə yayılıb".

Emin

Dostlarınla paylaş


Şərhlər


Top