Azərbaycanda polis zabiti qəzada öldü

Azərbaycanda polis zabiti qəzada öldü

Sabirabadda polis mayoru avtomobil qəzasında ölüb. Cars-az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində baş verib. Siyəzən rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi, 1961-ci il təvəllüdlü Məmiyev Əlibaxış Məhəmməd oğlu özünə məxsus avtomobillə qəzaya düşüb. Ə.Məmiyevin avtomobilin aşması nəticəsində hadisə yerində öldüyü bildirilir. Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top