-
Taksilərə qarşı əməliyyat
Reyd metronun “20 Yanvar” stansiyası ətrafında fəaliyyət göstərən taksi sürücülərinə qarşı keçirilib Bu gün səhər saatlarında metronun “20 Yanvar” stansiyası ətrafında fəaliyyət göstərən taksi sürücülərinə qarşı reyd keçirilib. Cars-az axar.az-a istinadən xəbər verir ki, nəqliyyat müfəttişləri lisenziyasız işləyən və vergi ödəməyən sürücülərlə bağlı tədbirlər görməyə başlayıb. Taksi sürücüləri arasında fərqlənmə nişanı almayanlar və qaydaları pozanlar aşkarlanıb. Lisenziyasız, qeyri-qanuni taksi fəaliyyəti göstərənlərlə bağlı problem aktual olaraq qalmaqdadır. Taksi fəaliyyəti ilə məşğul olanların ilk növbədə 5 illik lisenziyası olmalıdır. Bu lisenziya üçün 150 manat, beynəlxalq daşımalar üçün 200 manat ödəniş olunmalıdır. Aylıq fərqlənmə nişanına görə də qazanca uyğun vergi verilməlidir. Eyni zamanda, həmin şəxs müvafiq dövlət standartına uyğun olaraq avtomobilini xüsusi formaya salmalı, avtomobildə sayğac və post-terminal quraşdırılmalıdır. Post-terminallar nağd ödənişin aradan qaldırılması üçündür. Lisenziyasız fəaliyyətə görə 100 manat, lisenziya şərtlərinin pozulmasına görə 50 manat cərimə nəzərdə tutulur. Nəqliyyat Nazirliyi bəyan edib ki, Avropa Yay Oyunlarına qədər Bakıda “London taksiləri”nin sayı yavaş-yavaş artırılacaq. Hazırda Bakıda tələbatdan 3 dəfə çox, 15 mindən artıq qeyri-qanuni taksi fəaliyyəti göstərən var. Ardını oxu
-
Bakıda ağac aşıb yolu kəsdi
May ayında qəza zamanı əyilən ağac külək zamanı aşaraq yolu bağlayıb Ardını oxu
-
"Range Rover" iki nəfərin həyatına son qoydu
Bakıda "cip"lə toqquşan VAZ-ın sürücü və sərnişini həlak olublar Cars-az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, dekabrın 21-də Qaradağ rayonunda, Bakı-Qazax yolunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində Lənkəran rayon sakini Zahid Əsgərovun idarə etdiyi “Range Rover” markalı və Bakı şəhər sakini Ziyad Allahverdiyevin idarə etdiyi “VAZ-2103” markalı avtomobillər toqquşub. Nəticədə Ziyad Allahverdiyev və sərnişini Elnur Süleymanov hadisə yerində ölüblər. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Ardını oxu
-
Sürücü “Allahu Əkbər” deyib 11 nəfəri vurdu
“Fələstin uşaqları naminə” Ardını oxu
Avtobusda səssiz rəqs
Gəncin hərəkətləri sərnişinləri təəccübləndirdi Türkiyənin İstanbul şəhərində avtobusda rəqs edən gənc oğlan sərnişinləri təəccübləndirib. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, gənc oğlan qulaqcıqlarla musiqiyə qulaq asırmış. Daha sonra isə qəfildən rəqs etməyə başlayıb. Bunu görən sərnişinlərin bir anda nəyin baş verdiyini anlamayıblar. Gəncin belə sərbəst rəqs etməsi avtobusdakı sərnişinləri təəccübləndirsə də, daha sonra insanların gülüşünə səbəb olub. Lakin avtobusdakı sərnişinlərdən biri gəncin bu hərəkətini bəyənməyib və əli ilə işarə edərək oğlandan rəqs etməməsini istəyib. Ardını oxu
Məşhur şirkət 3 milyondan çox avtomobili geri çağırdı - texniki problem var
“Chrysler”in istehsal etdiyi avtomobillərin təhlükəsizlik yastığında problem yaranıb Ardını oxu
Bu dəfə taksi sürücüsü nəqliyyat qoçusunu döydü
Ayağı və burnu sınan Mirsadıq Həmidov xəstəxanaya çatdırılıb Ardını oxu
Azərbaycanda PPX da sürücünü saxlayır və susur
Sürücünü saxlayan polis əməkdaşı onu niyə saxladığını izah edə bilmir Ardını oxu