Bakıda ağac aşıb yolu kəsdi

Bakıda ağac aşıb yolu kəsdi

Binəqədi rayonunda aşan ağac yolu bağlayıb. Bu barədə anspress-ə oxucu Baxış Sülmanov məlumat verib. Hadisə Dərnəgüldə, Elit Ticarət Mərkəzinin qarşısında baş verib. Məlumata görə, bu ilin may ayında adıçəkilən ərazidə qəza baş verib. Sərnişin avtobusu yoldakı hündür şam ağacına çırpılıb. Nəticədə ağac əyilib. O zamandan ağac əyilmiş formada yolda qalıb. Aylardır əsən küləklər ağacın kökünü boşaldıb. Nəticədə bu gücəki küləkdən sonra o yola aşıb. Ağac aşandan sonra yolun bir hissəsi bağlanıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Yaşıllaşdırma İdarəsinin əməkdaşlarının hadisə yerinə göndəriləcəyi və ağacın kəsiləcəyini deyiblər.

Dostlarınla paylaş


Şərhlər


Top