04.11.2015
Qəzalar
Abşeronda qəza baş verib
Abşeron rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az bu barədə teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Elxan Bağırov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zərifə Məmmədovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.