04.11.2015
Qəzalar
32 yaşlı qadın qəzada öldü
Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəhər ərazisində “Nissan” və “Vaz” markalı minik avtomobilləri toqquşub. Nəticədə deformasiyaya uğramış “Vaz” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1982-ci il təvəllüdlü Əliyeva Ceyhunə Mustafa qızının cəsədi xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fidan