Paytaxtda “Ferrari” üç avtomobili əzdi

Paytaxtda “Ferrari” üç avtomobili əzdi

Moskvada yüksək sürətlə hərəkət edən “Ferrari” üç avtomobili əzib. Cars-az anspress-ə istinadən xəbər verir ki, yol nəqliyat hadisəsi Moskvanın mərkəzi küçələrindən birində baş verib. Hadisə şahidləri qəza zamanı “Ferrari” avtomobilinin sürücüsünün günahkar olduğunu bildirir. Onların sözlərinə görə, “Ferrari” yol boyu yüksək sürətlə avtomobilləri ötürmüş: “Onu Savelovsk küçəsində gördük. Maşınları bir-bir ötərək əməlli-başlı "şahmat" oynayırdı!”. Nəticədə “Ferrari F142” italyan avtomoblinin sürücüsü idarəetməni itirib və “Hunday” ,”Ford” və “Sitroen” avtomobillərini vurub əizb. Sürücünün idaretməni hansı səbəblərdən itirdiyi hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Dostlarınla paylaş


Şərhlər


Top