04.11.2015
Qəzalar
Şəmkirdə ağır qəza: ölənlər var
Şəmkirdə ağır yol qəzası baş verib. Cars-az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 8-də saat 17 radələrində Şəmkir şəhərində Çinarlı qəsəbə sakini Eldəniz Zeynalov idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Sürücü və sərnişini Aslan Pürəziz hadisə yerində ölüblər. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Fidan