04.11.2015
Qəzalar
Bakıda avtomobil yolun ortasında aşdı
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, lent.az-ın məlumatına görə, Bakı-Ələt magistralının Qobustan qəsəbəsindən keçən hissəsində "Mercedes E Class" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəqliyyat vasitəsi magistraldakı metal maneələrə çırpılaraq dayanıb. Yaxınlıqdan keçənlərin köməyi ilə avtomobildə qalmış sürücü xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.