04.11.2015
Qəzalar
Türk sürücü Azərbaycanda çoban və sürüsünü vurdu
Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın Daxili İşlər nazirliyinə istinadla verdiyi məlumata görə, dekabrın 9-da saat 19 radələrində Göygöl rayonu ərazisində Türkiyə vətəndaşı Çolak Vehbi idarə etdiyi “İveco” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Şükür Quliyevi və ona məxsus 7 baş qoyunu vurub. Hadisə nətiəcəsində qoyunlar tələf olub, Ş.Quliyev isə xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırma aparılır.
Nurlan