Zaqatalada ağır qəza: 1 ölü. 1 yaralı

Zaqatalada ağır qəza: 1 ölü. 1 yaralı

Bu gün səhər saat 10.30 radələrində Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. Cars-az-ın anspress-ə istinadən verdiyi məlumata görə, hadisə Yevlax-Zaqatala-Balakən magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı “VAZ-21014” və “VAZ-2106” markalı minik maşınları toqquşub. Qəza nəticəsində şəxsiyyəti məlum olmayan bir kişi dünyasını dəyişib. “VAZ-2106”da olan sərnişin, İsmayıl Kərimov isə ağır yaralanıb. Onu Zaqatala Mərkəzi rayon Xəstəxanasına yerləşdiriblər. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top