04.11.2015
Qəzalar
Bayraq meydanı yaxınlığında qəza: sürücü qaçdı
Ötən gecə paytaxtın Səbail rayonunda qəza baş verib. Cars-az-ın lent.az-a istinadən məlumatına görə, qəza Bayraq meydanının yaxınlığında qeydə alınıb. Hələlik kimliyi məlum olmayan “Subaru” markalı minik avtomobilinin sürücüsü Qaradağ istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşını yol kənarındakı binanın hasarlarına çırpıb. Baş verən qəzada xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb. Sürücü isə, hadisə yerindən qaçıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzanın baş verməsinə sürücünün avtomobili yüksək sürətlə idarə etməsi və dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.