04.11.2015
Qəzalar
"Range Rover" iki nəfərin həyatına son qoydu
Cars-az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, dekabrın 21-də Qaradağ rayonunda, Bakı-Qazax yolunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində Lənkəran rayon sakini Zahid Əsgərovun idarə etdiyi “Range Rover” markalı və Bakı şəhər sakini Ziyad Allahverdiyevin idarə etdiyi “VAZ-2103” markalı avtomobillər toqquşub. Nəticədə Ziyad Allahverdiyev və sərnişini Elnur Süleymanov hadisə yerində ölüblər. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.