Məqalələr

  • Bakıda qəribə maşın

    Bayram günlərində paytaxt küçələrində Şaxta Babanın maşını peyda olub Bayram günlərində paytaxt küçələrində qəribə avtomobil peyda olub. Həmin avtomobilin fotosu Facebook sosial şəbəkəsində ildırım sürətilə yayılıb. "Pobeda" və köhnə "Moskviç" maşınlarından yığılma olan klassik avtomobil Bakı küçələrində müasir maşınların arasında şütüyür. Sükanı arxasında qoca kişi əyləşən maşının arxa nömrəsinin üzərinə Şaxta baba yazısı olan kağız bərkidilib. Maşın şəhərdə böyük marağa səbəb olub. Ardını oxu

  • Naxçıvan Bakı-Tblisi-Qars dəmiryolu xəttinə birləşdiriləcək

    Yolun Azərbaycan və Gürcüstan ərazilərindəki hissələri artıq istifadəyə hazırdır Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Türkiyə ərazisindəki hissəsinin tikintisi başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikasının bu xəttə birləşdirilməsi layihəsinin icrasına başlanılacaq. Cars-az-ın AzərTAc-a istinadən xəbərinə görə, bunu Nəqliyyat Nazirliyinin “Azəravtoyolservis” Qapalı Səhmdar Cəmiyyətinin Gürcüstan filialının rəhbəri Qurban Piriyev deyib. O bildirib ki, tikintisinə 2007-ci ildə başlanılan yolun Azərbaycan və Gürcüstan ərazilərindəki hissələri artıq istifadəyə hazırdır. Bu ilin sonuna yolun Türkiyə hissəsinin də tikintisi başa çatdırılacaq. Lakin yolun ümumi tikintisi bununla bitməyəcək. Naxçıvan Muxtar Respublikasının bu yola qoşulması nəzərdə tutulub. Bu layihə Naxçıvanın iqtisadi inkişafı baxımından da mühüm rol oynayacaq. Ardını oxu

  • Ötən il yol qəzalarında 1121 nəfər ölüb

    2013-cü illə ölüm və yaralanma faktı azalıb Ardını oxu

  • Sərxoş sürücü yol polisinə «atdı»

    Dostlar hər dəfə pul vermədən restorandan yayınmaq üçün növbə ilə sərxoş roluna girirlər Ardını oxu

Həmrəylik Günümüz mübarək!

Həmrəylik Günümüz mübarək!

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür  Ardını oxu

Qadın maşını cızan piyadanı belə əzdi  – 18+

Qadın maşını cızan piyadanı belə əzdi – 18+

Qarşıdakı evin təhlükəsizlik kamerasında görüntülənib Yakutiyada qadın sürücü piyadanı vurub. Cars-az “qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə qarşıdakı evin təhlükəsizlik kamerasında görüntülənib. Avtomobilini evinin həyətindən çıxaran qadın sürücü yolu keçən qonşusunu vurub. Bu zaman piyadanın əlindəki əşya maşını cızıb. Sürücü maşından düşərək vurulan qadının üstünə qışqırmağa başlayıb. Avtomobilinin cızılan sürücünün hirsi qışqırmaqla bitməyib, o sükan arxasına keçərək piyadanın üstündən maşınla bir neçə dəfə keçməyə başlayıb. Qadın sürücü hadisə yerindən uzaqlaşıb. Ardını oxu

Gəncədə 5 avtomobil toqquşdu

Gəncədə 5 avtomobil toqquşdu

Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır Gəncədə 5 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Hadisə axşam saat 22:00 radələrində şəhərin Təbriz küçəsində qeydə alınıb. Təbriz küçəsi ilə hərəkətdə olan «BMW» markalı avtomobilin sürücüsü anidən idarəetməni itirib. Nəticədə avtomobil əks istiqamətdə olan yola keçərək, yol kənarına park edilən dörd avtomobili əzib. Qəza nəticəsində xəsarət alan olmasada avtomobillərə ciddi ziyan dəyib. Qəzanın hansı səbəbdən baş verdiyi, Gəncə şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşları tərəfindən araşdırılır. Kəpəz TV Ardını oxu

Top