-
Gəncədə ata-balanı avtomobil vurub
Hadisə şəhərin Bağmanlar yaşayış massivində qeydə alınıb Gecə saatlarında Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib. Cars-az kəpəztv-yə istinadən xəbər verir ki, hadisə şəhərin Bağmanlar yaşayış massivində qeydə alınıb. 62 yaşlı Aydın Məhərrəmov və oğlu 25 yaşlı Muraz yolu keçmək istəyərkən VAZ markalı avtomobil onları vurub. Zərərçəkənlər qohumlarının köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra xəstələrin vəziyyəti normallaşıb. Faktla bağlı araşdırma aparılır. Ardını oxu
-
Azərbaycanlı iş adamı müflis oldu, indi taksi sürür
“Bu günlərə düşəcəyimə heç ağlının ucundan da keçməzdi” Ardını oxu
-
Bakıda 216 sərxoş sürücü saxlanılıb
Onlar arasında sərxoş qadın sürücülərdə olub “Bakıda dekabrın 31-dən yanvarın 4-nə qədər 16 yol qəza hadisəsi baş verib. Nəticədə 7-si piyada olmaqla 9 nəfər ölüb, 30 nəfər xəsarət alıb”. Bu haqda Cars-az saytına Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, bayram günlərində 5800 mindən artıq inzibati cəza protokolu tərtib olunub: “Onların 216 nəfəri sərxoş olub, 95 nəfər işıqforun qırmızı işığında keçib”. Vaqif Əsədov deyib ki, avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər arasında qadınlar da olub. Ardını oxu
-
Ölümdən son anda qurtuldu
Hadisə Çinin Anhoi əyalətində baş verib Çinin Anhoi əyalətində ağır yol qəza hadisəsi baş verib. Cars-az xarici KİV-lərə istinədən xəbər verir ki, İşıqforun qırmızı işığına məhəl qoymayan yük avtomobili minik maşını ilə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Qəza nəticəsində ölən olmasa da sürücülər yaralanıb və xəstəxanaya yerləşdirilib. Qəza anı təhlükəsizlik kamerası vasitəsi ilə anbaan lentə alınıb. Ardını oxu
Polis bayramda 100 sürücünü "sevindirdi"
Şəmkirdə bayram günlərində 100-dən artıq sürücü inzibati qaydada cərimələnib Ardını oxu
Bakıda bu küçədə hər gün qəza baş verir
Ağ rəngli «Ford» sola dönərkən sağdan gələn «Mersedes»i gözləmədi Ardını oxu
Bu sürücü polisləri yenə susdurdu
Bu dəfə də polislər geri çəkildi, səhv etdiklərini başa düşdülər Ardını oxu
Yarış maşınında qəza etdi; bakirəliyi pozuldu…
Go-kart administratorunu 4 aydan 1 ilə kimi həbs cəzası gözləyir Ardını oxu