-
Yadplanetlilərin şok görüntüsü
Ufoloqlar bunun həqiqətən yadplanetlilər olduğunu deyib Britaniyalı Corc Teylor yad planetliləri videoya çəkdiyini bildirib. Cars-az xəbər verir ki, o, itini gəzdirəndə göy üzündə parıldayan bir neçə obyekt görüb. Hava buludlu olsa da, həmin obyektlərin işığı videoda aydın seçilir. Teylor əvvəllər heç vaxt belə halla rastlaşmadığını deyir. O, videonu "Youtube" video portalında yerləşdirib. Videoya baxanlardan bəziləri bunda qeyri-adi bir şeyin olmadığını deyir. Bununla belə bəzi ufoloqlar bunun həqiqətən yadplanetlilər olduğunu deyib. Onlar bildiriblər ki, bəzi ehtimallara görə, Corc Teylorun yaşadığı evin yaxınlığındakı meşəyə 1980-ci ildə kosmik gəmi düşüb. Hətta 2013-cü ilin sonunda bu haqda sənədli film də çəkilmişdi.(anspress.com) Ardını oxu
-
Taksi sürücüləri yenidən hədəfdə
Ərşad Hüseynov: «Qanuni şəkildə taksi fəaliyyəti ilə məşğul olan şəxslərə işləməyə şərait yaradılmalıdır» Ardını oxu
-
İki oliqarx övladının yarım milyonluq qəzası
Həmin qəzada yarasız vəziyyətə düşən avtomobillərin sahibləri məlum olub Xəbər verdiyimiz kimi, bir müddət öncə Qəbələ şəhərində ağır yol-nəqliyyat hadisəsi baş vermişdi. 10 KJ 200 dövlət nömrə nişanlı "Mercedes-Benz Gelandewagen” markalı avtomobil digər 10 BZ 555 dövlət nömrə nişanlı "Mercedes-Benz Gelandewagen”lə toqquşmuşdu. Məlumata əsasən, ciddi xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşmüşdü. Həmin qəzada yarasız vəziyyətə düşən avtomobillərin sahibləri məlum olub. Məlumata görə,"Mercedes-Benz Gelandewagen”lərdən biri Sumqayıtın məşhur iş adamlarından olan Ağamirzə Əhədovun nəvəsinin, digəri isə bir müddət öncəyə qədər "Metrotuneltikinti" ASC-nin idarə rəsi olan, Sumqayıtdakı "Nur" şadlıq evi və digər obyektlərin sahibi olar Qərib Dadaşovun oğlunundur. (mia.az) Ardını oxu
-
ŞOK! Azərbaycanda 230 min manata avtomobil nömrəsi satılır – FOTO
99---999 seriylı nömrələrin ən ucuzu 200 min manata satılır Ardını oxu
DYP-dən «Dərnəgül yolu» ilə bağlı sürücülərə xəbərdarlıq
Yol polisi sürət həddi ilə bağlı sürücülərə xəbərdarlıq edib; 70-dən yuxarı olmaz Ardını oxu
“Lada”nın qiyməti qalxır - RƏSMİ AÇIQLAMA
Bunu konsernin prezidenti Bu Anderson bildirib Rusiyanın “AvtoVAZ” konserni yanvarın 15-dən “Lada” markalı avtomobillərin qiymətini 9% artıracaq. Cars-az-ın “APA-Economics”ə istinadən verdiyi xəbənə görə, bunu konsernin prezidenti Bu Anderson Rusiyanın TASS agentliyinə bildirib. Onun sözlərinə görə, bahalaşmaya səbəb dollar və avronun Rusiyada məzənnəsinin artmasıdır. “Biz bu addımı atmaq məcburiyyətindəyik. Ümid edirdik ki, Rusiya iqtisadiyyatındakı vəziyyət tezliklə düzələr, lakin bu, baş vermədi”, - deyə B.Anderson bildirib. Ardını oxu
Gəncədə 51 yaşlı qadını maşın vurdu
Sürücü yaralı qadını xəstəxanaya çatdırıb Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Tağı Aranı küçəsində baş verib. Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Əmiraslanov Ümid Oktay oğlu idarə etdiyi “VAZ21011” markalı avtomobillə yolu keçmək istəyən 1964-cü il təvəllüdlü Əsgərova Kəsirə Cəfər qızını vurub. Sürücü müxtəlif bədən xəsarətləri alan yaralı qadını Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıb. 51 yaşlı qadının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Ardını oxu