04.11.2015
Avtobazar
“Lada”nın qiyməti qalxır - RƏSMİ AÇIQLAMA
Rusiyanın “AvtoVAZ” konserni yanvarın 15-dən “Lada” markalı avtomobillərin qiymətini 9% artıracaq. Cars-az-ın “APA-Economics”ə istinadən verdiyi xəbənə görə, bunu konsernin prezidenti Bu Anderson Rusiyanın TASS agentliyinə bildirib. Onun sözlərinə görə, bahalaşmaya səbəb dollar və avronun Rusiyada məzənnəsinin artmasıdır. “Biz bu addımı atmaq məcburiyyətindəyik. Ümid edirdik ki, Rusiya iqtisadiyyatındakı vəziyyət tezliklə düzələr, lakin bu, baş vermədi”, - deyə B.Anderson bildirib.