-
Yollarda təhlükəsizlik tədbirlərinin nəticəsi açıqlandı
Bakı şəhəri üzrə 850 yol-nəqliyyat hadisəsi qeydə alınıb Bu il yanvarın 1-dən dekabrın 6-dək Bakı şəhəri üzrə 850 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 290 nəfər ölüb, 861 nəfər xəsarət alıb. Bunu Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov deyib. Onun sözlərinə görə, görülən müvafiq kompleks tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 hadisə, 25 ölüm, 76 xəsarət faktı azalıb. V.Əsədov qeyd edib ki, hadisələrin 51 faizi piyadaların vurulması ilə bağlı olub. Bölmə rəisi əlavə edib ki, qapalı şəraitdə, yəni kimlər tərəfindən törədildiyi məlum olmayan 48 yol qəzası baş verib. Bu hadisələr zamanı 3 nəfər ölüb, 47 nəfər xəsarət alıb. Ardını oxu
-
Şaquli üzən gəmi
Gəmi yarım əsr sonra da insanları heyrətləndirməkdə davam edir ABŞ-a məxsus FLIP (Üzən instrumental platforma) gəmisi öz qeyri-adi xüsusiyyətləri ilə seçilir. Belə ki, gəmi həm üfüqi, həm də şaquli vəziyyətdə üzmək qabiliyyətinə malikdir. 1962-ci ildə Amerika okeanoqrafiya institutu tərəfindən yaradılan gəmi yarım əsr sonra da insanları heyrətləndirməkdə davam edir. Ardını oxu
-
Şəmkirdə ağır qəza: ölənlər var
Maşın ağaca çırpılıb; sürücü və sərnişin hadisə yerində ölüb Ardını oxu
-
Bakıda bu «moyka»da avtomobillərin başına belə oyun açırlar
Maşını «moyka»dan kobud qaydada çıxarırlar, «ruçnoy» çəkib sürəti aşırlar Ardını oxu
Bakıda avtomobil yolun ortasında aşdı
Qəzaya uğrayan maşının sürətlə hərəkət etdiyi bildirilir Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, lent.az-ın məlumatına görə, Bakı-Ələt magistralının Qobustan qəsəbəsindən keçən hissəsində "Mercedes E Class" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəqliyyat vasitəsi magistraldakı metal maneələrə çırpılaraq dayanıb. Yaxınlıqdan keçənlərin köməyi ilə avtomobildə qalmış sürücü xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır. Ardını oxu
Sürücülərin nəzərinə! Heydər Əliyev prospekti bağlı olacaq
Rrospektdə orta yoldan istifadə etmək tövsiyə edilir Ardını oxu
«Avtoş»luq edən evakuator sürücüləri cəzalandırıldı
Onların hər ikisinə cərimə yazılıb və işdən çıxırılıblar Ardını oxu
Məşhur aparıcı xanımına yarım milyonluq maşın aldı
Avtomobilin nömrəsi cütlüyün adlarının baş hərflərini özündə daşıyır - ZA Tanınmış televiziya aparıcısı Acun İlicalı həyat yoldaşına bahalı hədiyyə edib. Cars-az atvxeber.az-ə istinadən xəbər verir ki, aparıcı xanımı Zeynəb İlicalıya “Porsche Carrera” açarı hədiyyə edib. Avtomobilin 400 min euro dəyərində olduğu bildirilir. Avtomobilin nömrəsi də cütlüyün adlarının baş hərflərini özündə daşıyır - ZA. Ardını oxu