04.11.2015
Gündəm
Sürücülərin nəzərinə! Heydər Əliyev prospekti bağlı olacaq
Paytaxtın böyük prospektlərindən birində hərəkət məhdudlaşıb. Cars-az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, Heydər Əliyev prospekti kənar yolda (Koroğlu metrostansiyası istiqamətində) aparılan qazıntı işləri ilə əlaqədar avtomobillərin hərəkətində sıxlıq yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən alternativ olaraq H.Əliyev prospekti orta yoldan istifadə etmələrini tövsiyə edir.
Fidan