14.11.2015
Qəzalar
Traktor yol kənarına aşdı - Sürücü ağır yaralandı
Kürdəmir rayonunda qəza baş verib. Cars-az FHN-ə istinadən xəbər verir ki, Sor Sor kəndində vətəndaşa məxsus “K-700” markalı traktor idarəetməni itirərək yol kənarına aşıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq sürücünü xilas edib və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 21:31-də başa çatıb.
Fidan