13.11.2015
Qəzalar
Bakdıa “Mercedes” piyadanı vurub öldürdü
Bakı şəhərinin Qaradağ rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Cars-az DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 12-də saat 18 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Sabirabad rayon sakini Əziz Zeynalov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qobustan rayon sakini Rövşən Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş R.Məmmədov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.