Bakıda ağır qəza: Ölən var

Bakıda ağır qəza: Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az lent.az-a istinadən məlumatına görə, Bakı-Ələt magistralının 18-ci kilometrliyində, Qaradağ rayonu ərazisində Zeynalov Əziz Mustafa oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə 1965-ci il təvəllüdlü Məmmədov Rövşən Məhərrəm oğlunu vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırmalar aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top