İki avtomobil toqquşdu: Ölən və xəsarət alanlar var

İki avtomobil toqquşdu: Ölən və xəsarət alanlar var

İki avtomobil toqquşdu: Ölən və xəsarət alanlar var

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az DİN-in saytına istinadən məlumat verir ki, noyabrın 12-də saat 01 radələrində Goranboy rayonunun Xanqərvənd kəndində Bakı şəhər sakini Baba Yusifovun idarə etdiyi “Niva” və Naftalan şəhər sakini Ramil Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə B.Yusifovun sərnişinlərindən Zeynal Təhməzov hadisə yerində ölüb, özü və digər sərnişini, habelə R.Mustafayev və sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top