Avtobus “Opel”lə toqquşdu - Sürücü öldü

Avtobus “Opel”lə toqquşdu - Sürücü öldü

Avtobus “Opel”lə toqquşdu - Sürücü öldü

Qazaxda ağır yol qəzası baş verib. Cars-az atv.az-a istinadən xəbər verir ki, Bakı-Qazax avtomagistralının 511-ci kilometrliyində, Qazax rayonu 2-ci Şıxlı kəndi ərazisində 50 yaşlı İntiqam Zeynalovun idarə etdiyi avtobus, Şıxlı kənd sakini 43 yaşlı Fərman Musayevin sürücüsü olduğu "Opel" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində "Opel"in sürücüsü Fərman Musayev hadisə yerində dünyasını dəyişib. Digər qəza iştirakçısı olan sərnişin avtobusunda xəsarət alan olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top