02.02.2016
Qəzalar
Tovuzda ağır yol qəzası baş verib, sürücü dünyasını dəyişib
Tovuz rayonunda ağır yol qəzası baş verib. Сars-az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Əsrik Çırdaxan kəndinin ərazisində qeydə alınıb.
Belə ki, Çeşməli kənd sakini İsmayıl Məhərrəmovun idarə etdiyi "Niva" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı həyətə düşüb. Nəticədə sürücü dünyasını dəyişib.