01.02.2016
Qəzalar
Avtomobil 76 yaşlı kişini vuraraq öldürüb
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtofer.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nərimanov rayonu F.Yusifov küçəsində Abşeron rayon sakini, 1961-ci il təvəllüdlü Məhərrəm Əliyev idarə etdiyi «Niva» markalı avtomobillə Cəlilabad rayon sakini, 1940-cı il təvəllüdlü Mirfazil Bağırovu vurub və o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.