“Toyota” istehsalı dayandırdı - zavodda PARTLAYIŞ

“Toyota” istehsalı dayandırdı - zavodda PARTLAYIŞ

“Toyota” istehsalı dayandırdı - zavodda PARTLAYIŞ

Bu yaxınlarda “Toyota” şirkəti avtomobillərinin mühərrikləri və ötürücü qutusu üçün hissələrin hazırlandığı zavodda baş verən partlayış şirkəti altı gün müddətində Yaponiyada istehsalı dayandırmağa məcbur edib. Сars-az azərtac-a istinadən xəbər verir ki, Aiçi prefekturasında yerləşən “Aichi Steel” şirkətinin poladəritmə zavodunda yanvarın 8-də baş verən partlayış poladəritmə sexinin və istehsal binasının tavanının zədələnməsinə səbəb olub. Bərpa işlərinin martın sonlarında başa çatdırılacağı gözlənilir. “Toyota” şirkətinin Yaponiyada yerləşən zavodlarında gün ərzində 13-14 min avtomobil buraxılır.

Dostlarınla paylaş


Şərhlər


Top