31.01.2016
Qəzalar
70 maşın toqquşdu - 4 ölü, 33 yaralı
Sloveniyada magistral yolda 70-dən çox avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, daha 33 nəfər yaralanıb. Сars-az oxu.az-a istinadən xəbər verir ki, paytaxt Lyublyana ilə Adriatik dənizin sahilini birləşdirən yolda zəncirvari qəza zamanı 66 minik avtomobili, 4 yük maşını və bir avtobus toqquşub. Hadisə şənbə günü baş verib, lakin xəsarət alanların təxliyəsi və yolun əzilmiş avtomobillərdən təmizlənməsi gecə yarısına qədər davam edib. Polis qəzaya səbəb kimi havanın dumanlı olmasını göstərib.