31.01.2016
Qəzalar
“Niva” 76 yaşlı kişini vuraraq öldürdü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Сars-az-ın lent.az-a istinadən məlumatına görə, Nərimanov rayonu ərazisində “Niva” markalı, 99 XM 357 nömrə nişanlı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Nəticədə 76 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib. Faktla bağlı Nərimanov RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.