Maşın velosipedçini vurdu

Maşın velosipedçini vurdu

Lənkəranda velosipedçinin maşın vurub. APA-nın məlumatına görə, hadisə fevralın 1-də saat 19.40 radələrində Liman-Nərimanabad şosesinin 3-cü kilometrliyində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan minik avtomobili velosipedlə hərəkət edən rayonun Üzüçülük qəsəbə sakini, 1970-ci il təvəllüdlü Arzuman Vəlihəd oğlu Qurbanovu vuraraq ona ağır bədən xəsarəti yetirib. Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş A.Qurbanovun vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törətmiş sürücü isə istintaqa cəlb olunub. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top