01.02.2016
Qəzalar
Naxçıvanda yol qəzası – 1 ölü
Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Сars-az DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 31-də saat 10 radələrində Şahbuz rayonunun Daylaqlı kəndində rayon sakini Sahib Allahverdiyev idarə etdiyi “Cherry” markalı avtomobillə yolu keçən həmyerlisi Arif Əsədovu vurub. A.Əsədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.