01.02.2016
Qəzalar
Avtomobildən 1 ton at əti aşkar edildi
Ağcabədi rayon sakininin avtomobilində at əti aşkar edilib. Сars-az DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 24-də Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda Ağcabədi rayon sakini Nofəl Yusifovun idarə etdiyi “Ford” markalı avtomobil saxlanılıb. Baxış zamanı avtomobildə olan 1 ton 100 kiloqram at əti aşkar edilərək götürülüb.