04.03.2016
Qəzalar
Təhlükəsizlik şirkətinin əməkdaşı qəza törətdi
Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.
Сars-az report-a istinadən bildirir ki, hadisə paytaxtın Parlament prospektində, Fəxri xiyabanın yaxınlığında qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil hərəkətdə olan "Ford" markalı avtomobili arxadan vurub.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Avtomobillərdən biri təhlükəsizlik şirkətinin əməkdaşına məxsus olub.
Faktla bağlı araşdırma aparılır.