04.03.2016
Qəzalar
Yol qəzası 4 yaşayış məntəqəsini qazsız qoydu
Dağıstanın Buynaksk rayonunda minik avtomobili qaz kəmərinə çırpılıb.
Сars-az rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində rayonda 4 yaşayış məntəqəsi qazsız qalıb.
Mahaçqala-Qunib yolunda baş verən qəzada 2 nəfər xəsarət alıb. "İlkin məlumata əsasən, "Lada Priora" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və qaz kəmərinə çırpılıb. Qəza zamanı 2 nəfər, avtomobilin sürücüsü və sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar", - deyə DİN nümayəndəsi bildirib.