04.03.2016
Qəzalar
«Priora» «Kamaz»a çırpıldı, 3 yaralı – FOTOLAR
Gəncə-Şəmkir avtomobil yolunda xəsarətlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib. Сars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, «Lada Priora» markalı avtomobil eyni istiqamətdə hərəkət edən «Kamaz» markalı yük maşınına çırpılıb. Qəza nəticəsində ağır xəsarət alan 3 nəfər, 1 qadın və 2 kişi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Xəsarət alanlar sürücü, Şəmkirin Muxtariyyə kənd sakini, 1989-cu il təvəllüdlü Eşqin Qasımov, onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Lamiyə Qasımova və digər sərnişin 1990-cı il təvəllüdlü Tural Kamillidir. Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.